Oğul anasına balta ilə xəsarət yetirib

21:21 13.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xaçmazda oğul anasına balta ilə xəsarət yetirib.

 

Hafta.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əzizli kəndində qeydə alınıb.

 

Kənd sakini, 1956-cı il təvəllüdlü Sənəm Sultanova müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona baş və sifətin kəsilmiş-deşilmiş yarası, kəllə-beyin travması diaqnozu qoyulub.

 

İlkin məlumata görə, hadisəni qadının oğlu anası ilə münaqişə zəminində yetirib.

 

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.