Pakistanın Sind bölgəsinin səlahiyyətliləri poliomielit hallarını azaltmaq üçün mübahisəli bir üsula riayət etmək qərarına gəliblər.
Hafta.az-ın yazdığına görə, Sinddə yerli hökumət tərəfindən qəbul edilən yeni qanun, uşaqlarını poliomielit və digər 8 ümumi xəstəliyə qarşı peyvənd etməyən ailələrin bir aya qədər həbs edilməsinə qərar verib.
Yeni qanun həmçinin valideynlərə təxminən 170 dollar cərimə kəsir.
Qanunun hazırlandığı Sind bölgəsində 62 min ailə yanvar ayında uşaqlarını peyvənd etməkdən imtina edib. Rəsmilər deyirlər ki, qanun ilk növbədə peyvəndlərin sayının artırılmasına yönəlib.
Lakin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri mübahisəli qanunun işləyəcəyinə şübhə ilə yanaşırlar. Peyvənd olunmayanlara həbs cəzası verilməsinin anti-peyvənd əhval-ruhiyyəsinin geniş yayıldığı, hətta peyvənd edənlərin xəstələndiyi ölkədə sui-qəsd nəzəriyyələrini artıracağı ilə bağlı narahatlıqlar var.
ÜST-nin Şərqi Aralıq dənizi poliomielit direktoru Dr. Həmid Cəfəri yeni qanunun əks-məhsuldar ola biləcəyini bildirsə də, "Məcburiyyət zərər verir. Məncə, Pakistan bu qanunu lazım olduqda istifadə etmək üçün arxa cibində saxlamaq istəyir” deyib.
Pakistan qonşusu Əfqanıstanla birlikdə dünyada poliomielit hallarının heç vaxt azalmadığı iki ölkədən biridir. Ölümcül və ya əlil ola bilən xəstəlik 5 yaşa qədər uşaqlarda yaranır və su yolu ilə ötürülür.
ÜST xəstəliyin kökünü kəsmək üçün ilk dəfə 1988-ci ildə dünyaya milyardlarla doza vaksin payladı. Poliomielit xəstəliyinə qarşı peyvənd səylərinə ildə 1 milyard dollar xərclənsə də, bu pul Bill və Melinda Qeyts Fondu da daxil olmaqla özəl təşkilatlar tərəfindən ÜST-ə köçürülüb.
İllər ərzində bütün dünyada həyata keçirilən peyvənd səyləri poliomielit hallarını 99 faiz azaldıb.
Avropada Fransa administrasiyası da daha əvvəl uşaqlara peyvəndi tələb edən və valideynlərə həbs cəzası nəzərdə tutan qanun qəbul etmişdi. Bir çox Avropa ölkəsi uşaqlarını peyvənd etməkdən boyun qaçıran valideynlərə cərimə tətbiq etsə də, məsələn, Türkiyədə bu məsələ ilə bağlı heç bir məcburiyyət yoxdur.