Ermənistan Baş naziri Nikol Paşinyan "hökumət saatı" adlanan çıxışında Azərbaycanla sülh sazişinin bağlanmasına hazır olduqlarını qeyd etməsi təbii ki birmənalı qarşılanmır.
Azərbaycanla münasibətlərdə öz etibarını çoxdan itirən işğalçı dövlətin bu gün sülh deyib, sərhəddə isə atəşkəsi pozması heç şübhəsiz qarşı tərəfin oyun oynadığını göstərir. Amma eyni zamanda belə hesab olunur ki, məhz Rusiyanın izolyasiya olunması və Ukryanada hərbi uğursuzluğu Paşinyanın sülh müqaviləsini ortaya atmasına gətirib çıxardıb.
Politoloq Məhəmməd Əsədullazadə hafta.az-a bildirib ki, Paşinyan ilk növbədə 10 noyabr və sonrakı danışıqlarda əldə olunan razılaşmalara əməl etməlidir. Prezident İlham Əliyev müharibədən dərhal sonra sülh müqaviləsininin bağlanması üçün Ermənistana dəfələrlə təkliflər və mesajlar verib. Lakin Ermənistan manevrlər edir.
“Ermənistan tərəfi “sülh” -deyə bilər. Amma, hansı təkliflər əsasında bu sülh müqaviləsində maraqlıdır. Bu dövlət ilk növbədə Azərbaycanın konusturuktiv təkliflərini qəbul etməlidir. Azərbaycanın da təklifləri beynəlxalq hüquqa söykənir. Ermənistana ərazi iddiaları irəli sürmür. Sülhdə maraqlı görünən Paşinyan ilk növbədə Azərbaycanın ərazi bütövlüyünü tanımasını bəyan etməlidir. Paşinyan sülh müqaviləsinin bağlanmasında maraqlıdırsa, sülh şərtlərini qəbul edibsə, qarşıdan gələn Novruz bayramında sülh üçün Azərbaycan xalqını və prezidentini təbrik etməlidir”.