Yazını böyüt
Yazını kiçilt
2022-ci ildən Ermənistanda üçüncü və hər bir sonrakı uşaq doğulduğu halda, hər ay 50 min dram(təxm. 100 ABŞ dolları) məbləğində müavinət ödəniləcək.
Hafta.az xəbər verir ki, News.am saytının yazdığına görə, Ermənistan hökuməti dekabrın 23-də keçirdiyi iclasda “Ailədə üçüncü və hər növbəti yeni uşağın doğulması ilə əlaqədar maddi yardımın təyin edilməsi və ödənilməsi Qaydası”nı təsdiqləyib. Qaydaya görə, müəyyən edilmiş 50 min dram 3-cü və növbəti övladları doğulan erməni ailələrinə uşaqların 6 yaşı tamam olanadək ödəniləcək.
Ermənistanın əmək və sosial məsələlər naziri Narek Mkrtçyan bəyan edib ki, bu qərar demoqrafik vəziyyətin yaxşılaşdırılmasına yönəlib.