Putin SSRİ-nin dağılmasını “tarixi Rusiyanın süqutu” adlandırdı

15:56 12.12.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya prezidenti Vladimir Putin SSRİ-nin dağılmasını faciə, tarixi Rusiyanın dağılması kimi qəbul etdiyini bildirib. Hafta.az “Rossiya-1” kanalına istinadla bildirir.

"Axı Sovet İttifaqının dağılması nədir? Bu, Sovet İttifaqı adlanan tarixi Rusiyanın parçalanmasıdır” - Putin deyib.

O xatırladıb ki, ölkə ərazisinin 40%-ni, təxminən eyni istehsal gücü və əhalisini itirib. “Biz tamamilə fərqli bir ölkəyə çevrilmişik. Min il ərzində toplananlar isə böyük ölçüdə itirilib”, - Putin əlavə edib.

Dövlət başçısı vurğulayıb ki, İttifaqın dağılması ilə “25 milyon rus xalqı qəfildən xaricdə, keçmiş SSRİ-nin müstəqillik və suverenlik əldə etmiş respublikalarında qalıb”.

“Onların geri qayıtması, qohumlarına qovuşması mümkün deyildi. İş yeri, yaşayış yeri yox idi. Bu, heç bir mübaliğəsiz böyük humanitar faciədir”, - Putin izah edib.