Qazaxıstanda iğtişaşlar zamanı 164 nəfər ölüb

18:02 09.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanda iğtişaşlar zamanı ölənlərin sayı 164-ə çatıb.

Hafta.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, yanvar ayında Qazaxıstanda iğtişaşlar başlayandan bügünədək Almatı şəhərində 103, Qızılorda vilayətində 21, Jambıl vilayətində 10, Almatı vilayətində 8 nəfər ölüb.

Yanvarın 10-da bütün ölkə ərazisində matəm elan edilib.