Qonaq qaldığı evdə 2 YAŞLI QIZA TƏCAVÜZ ETDİ

15:33 06.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sankt-Peterburqda kişi iki yaşlı qıza təcavüz etməkdə şübhəli bilinib. Hadisəni törədən şəxs artıq həbs edilib.

Hafta.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu dəhşətli cinayət yanvarın 30-na keçən gecə törədilib. “Komsomolskaya Pravda”nın məlumatına görə, polisə müraciət edən şəxs iki yaşlı qızını zorlayan 36 yaşlı tanışının olduğunu deyib. Onun sözlərinə görə, tanışı bi günlük onlarda qonaq olub. Gecə isə bu hadisə yaşanıb.

Hadisəni törədən şəxs həbs edilib. Hüquq-mühafizə orqanları cinayət işi açıb. Hazırda istintaq davam edir. Adamı 20 ilə qədər həbs gözləyir.