Rusiyada qaz kəmərində partlayış olub

23:52 14.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Stavropol diyarında qaz kəmərində partlayış olub.

Hafta.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Region İdarəsi məlumat yayıb.

Bildirilib ki, axşam saatlarında Ust-Nevinka və Belomeçetskaya yaşayış məntəqələri arasından keçən qaz kəmərində yanğın müşahidə olunub.

Yaşayış məntəqələri üçün təhlükənin olmadığı bildirilib. Əlavə məlumat dəqiqləşdirilir.