Ukrayna torpaqlarının işğalından sonra Rusiyada bu il pensiyaçıların sayı 1,13 milyon nəfər artacaq. 2024-cü ildə bu rəqəmə daha 568 min nəfər əlavə edilərək 43470 minə çatacaq.
Hafta.az-ın yazdığına görə, hökumətin parlamentə təqdim etdiyi büdcədə Sosial Fondla bağlı aparılan planlaşdırmaya əsasən, pensiyaçıların sayının artması daha çox Rusiyanın Ukraynadan qopardığı yeni regionlarla bağlıdır.
İki il ərzində Sosial Fondun rayon orqanları vasitəsilə pensiya alan pensiyaçıların sayı 41 milyon 780 min nəfərdən 43 milyon 470 min nəfərə yüksələcək. Bu rəqəm 2019-cu ildən bəri ən yüksək dəyər kimi qeydə alınıb.
RBK xəbər verir ki, təqaüdçülərin sayı 2018-ci ildən bəri ilk dəfə artacaq.
Rusiya pensiya islahatının qəbulundan sonra 2019-cu ildən etibarən pensiya yaşını tədricən artırmağa başlayıb.
“Kovid-19” pandemiyası fonunda 2020-ci ildə pensiyaçıların sayı azalmağa davam edib. Təkcə 2021-ci ildə pensiyaçıların sayı təxminən 1 milyon nəfər, 2022-ci ilin sonuna isə daha 232 min nəfər azalıb.
Əmək Nazirliyi təqaüdçülərin sayının artmasının pensiya yaşının planlaşdırılan artırılması, həmçinin vətəndaşların ilhaq edilən 4 rayona daxil edilməsi ilə bağlı olduğunu açıqlayıb.