Rusiyada universitetə silahlı basqın edən 18 yaşlı şəxs tutuldu

12:10 20.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
 

Rusiyanın Perm Dövlət Universitetinə silahlı basqın olub. Hadisə nəticəsində 5 nəfər ölüb, 14 nəfər isə yaralanıb.

Hafta.az Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, silah səsləri tələbələr arasında təlaşa səbəb olub. Onlar özlərini pəncərələrdən atıblar. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları terrorçunu saxlayıb.

T.Bekmansurov ilkin ifadəsində bu hücumu uşaqlıqdan planlaşdırdığını və 10-cu sinifdən bəri bunun üçün pul yığdığını deyib. O, həmçinin hansısa radikal təşkilatın üzvü olmadığını bildirib.

 

 

Oxunma sayı 20