Şagirdlərin bir-birini bıçaqlaması ilə bağlı cinayət işi açıldı

11:21 11.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Səbail rayonu ərazisində 17 və 18 yaşlı gənclər arasında bıçaqlanma ilə nəticələnən mübahisədə 17 yaşlı Cəmil Həsənov xəsarət alıb.

 

DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev hafta.az-a bildirib ki, kəskin qan itirmədən vəziyyəti ağırlaşan C.Həsənova xəstəxanada polis əməkdaşları tərəfindən qan verilib, həyatı xilas edilib.

 

Fakt üzrə Səbail RPİ-də cinayət işi başlayıb, istintaq hərəkətləri aparılır. C.Həsənova bədən xəsarəti yetirməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Nihad Fərhadov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.

 

Xatırladaq ki, hər iki şəxs Bakı şəhəri 162 nömrəli tam orta məktəbinin 11a sinif şagirdləridir.