Şamaxı rayon sakinindən 450 qram marixuana aşkarlanaraq götürülüb

18:39 08.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Yeni Muğanlı kənd sakini Ş.İslamov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, şəxsi axtarış zamanı ondan 450 qram marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı rayon polis şöbəsi tərəfindən təhqiqat davam edir.