Sanksiya olacağı təqdirdə Belarus Avropaya qaz tranzitini dayandıracaq -Lukaşenko

22:35 13.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqı Belarusa qarşı sanksiyalar tətbiq etsə, Minsk cavab olaraq qazın Avropaya tranzitini əngəlləyəcək. Bu xəbərdarlığı Türkiyənin TRT telekanalına müsahibəsində Belarus prezidenti Aleksandr Lukaşenko edib.

Hafta.az-ın məlumatına görə, o, aydınlaşdırıb ki, Avropa sanksiyaları ölkəni fövqəladə vəziyyətə salırsa və “başqa tədbirlərlə cavab vermək üçün çıxış yolu olmayacaqsa” belə bir ssenari mümkündür”.

Bundan əvvəl Lukaşenko Belarus və Rusiya Federasiyasının birliyinin “Avropa İttifaqından daha güclü, düşünülmüş və qabaqcıl birlik” olacağını vəd etmişdi. Onun sözlərinə görə, Minsk və Moskva “Aİ-nin bütün səhvlərini nəzərə alacaqlar”.