Yazını böyüt
Yazını kiçilt
Bakıda yanacaqdoldurma məntəqəsinə saxta əsginas verən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Nizami RPİ 23-cü Polis Bölməsinə yanvarın 4-də saat 22 radələrində Babək prospektində yerləşən yanacaqdoldurma məntəqələrinin birində bir nəfərin 200 manatlıq saxta əsginas verməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əskinas verməkdə şübhəli bilinən Bakı şəhər sakini V.Mikayılov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.