Şirvanda işıq dirəklərini oğurlayan İbrəhimov tutuldu

15:08 31.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şirvanda işıq dirəklərini oğurlayan şəxs saxlanılıb. Bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan hafta.az-a məlumat verilib.

Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinə (ŞPŞ) şəhər ərazisində yerləşən istirahət parklarının birindən Kommunal Kombinat Müəssisəsinin balansında olan beş ədəd işıq dirəyinin oğurlanması və müəssisəyə 2 880 manat maddi ziyan vurulması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur İbrəhimov saxlanılıb.

Faktla bağlı həmin şəxs barəsində Şirvan ŞPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.