Sumqayıtda anbardan 400 cüt ayaqqabı oğurlanıb

15:13 06.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda anbardan oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 24-də şəhər ərazisindəki ticarət mərkəzlərindən birinin anbarından 12.000 manat dəyərində 400 cüt ayaqqabı oğurlamaqda şübhəli bilinən Ş.Məhərrəmov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.