Sumqayıtda xəstəxanada yanğın söndürülüb

20:46 07.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində xəstəxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hafta.az-ın xəbərinə görə, bu barədə FHN məlumat yayıb.

Əlavə məlumat veriləcək.

Sumqayıtda xəstəxanada yanğın zamanı tüstüdən zəhərlənənlərin olduğu bildirilir.

APA-nın yerli bürosunun xəbərinə görə, tüstüdən zəhərlənənlər təcili tibbi yardıma müraciət edib. Ümumilikdə 81 xəstə, 16 işçi təxliyə olunub.

TƏBİB-dən isə bildirilib ki, ilkin məlumata görə, xəsarət alan yoxdur.

Ətraflı məlumat veriləcək.