Yazını böyüt
Yazını kiçilt
Bakı Futbol Federasiyası İctimai Birliyinin Növbədənkənar Hesabat-Seçki Konfransı keçirilib.
Hafta.az İdman.biz-ə istinadən xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.
Tədbirdə Bakı Futbol Federasiyasının prezidenti vəzifəsinə seçkilər baş tutub. Beynəlxalq dərəcəli hakim, "Neftçi"nin sabiq vitse-prezidenti, "Sabahın ulduzları" uşaq-gənclər layihəsinin ideya müəllifi, tanınmış futbol funksioneri Tahir Süleymanov federasiyasının prezidenti seçilib.
Qeyd edək ki, bu, müvafiq qurumların təqdimatı ilə Ədliyyə Nazirliyində təsdiq edilib.