Yazını böyüt
Yazını kiçilt
ABŞ-ın Kollivil şəhərində (Texas ştatı) sinaqoqda girov götürülən şəxslərin hamısı azad edilib.
Hafta.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ştatın qubernatoru Qreq Ebbort özünün "Twitter" səhifəsində yazıb.
"Dualar qəbul olundu. Bütün girovlar azaddırlar, onlar sağdırlar və onlara zərər dəyməyib", - deyə qubernator bildirib.
***
ABŞ-ın Texas ştatında silahlı şəxs sinaqoqda insanları girov götürüb.
Hafta.az-ın məlumatına görə, bu barədə ABŞ KİV-ləri xəbər verib.
Məlumata əsasən, insident Kollivil şəhərində baş verib.
Digər təfərrüatlar barədə məlumat verilmir.