Türkiyədə 5 min illik məzarlıq tapılıb

11:00 19.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Diyarbakır bölgəsinin Ergani mahalında 5 min illik məzarlıq tapılıb.

Hafta.az "DHA"ya istinadla xəbər verir ki, 12 min il əvvəl yaşayış yeri olduğu təxmin edilən Çayönü qəsəbəsində 5 min il yaşı olan məzarlığı bölgədə çalışan arxeoloqlar aşkarlayıb.

Diyarbakır valisi bildirib ki, məzarlıqda bişmiş qazanlar və gil boşqablar da üzə çıxıb. Bildirilib ki, məzarlıq əsasən türbələrdən ibarətdir. Məzarlığın Neolit dövrünə aid olduğu vurğulanır. İnsanların köçərilikdən oturaq həyata keçdikləri dövrə aid məzarlıq olduğu bildirilir.

Qeyd edilir ki, digər məzarlıqlarla müqayisədə budəfəki qəbiristanlığın yaşı 3 min il daha qədimdir.

Oxunma sayı 41