Türkiyədə COVID-19-a yoluxanların sayı artıb

18:40 04.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə dekabrın 11-də koronavirusun "omicron" variantı qeydə alındıqdan sonra ölkə üzrə gündəlik COVID-19-a yoluxanların sayı əhəmiyyətli dərəcədə artıb. Belə ki, son iki həftə ərzində ölkə əhalisi arasında COVID-19 test nəticələri müsbət çıxanların sayında iki dəfə artım müşahidə edilib.

Hafta.az xəbər verir ki, Türkiyənin Səhiyyə Nazirliyinin məlumatına əsasən, dekabr ayı ərzində ölkə üzrə ümumilikdə 686 min 962 nəfər COVID-19-a yoluxub. Gündəlik yoluxanların sayı isə orta hesabla 22 min 160 nəfər olub. Yanvarın 3-nə olan son göstəricilərə görə isə 44 min 869 yoluxma halı aşkarlanıb. Bununla da dekabrın 20-də 18,762 olan yoluxma sayı iki həftə ərzində iki dəfədən çox artıb.