Ukraynanın 31 metr hündürlükdə olan əsas yolkasının işıqları yandırılıb

12:47 19.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kiyevin Sofiya meydanında ölkənin əsas yolkasının işıqları yandırılıb.

Şəhər sakinləri və qonaqlarının iştirakı ilə keçirilən tədbirdə Kiyev meri Vitali Kliçko çıxış edərək 2021-ci ilin heç də asan il olmadığını bildirib.

“Əminəm ki, birlikdə Kiyevi daha gözəl və həyat üçün daha cəlbedici edəcəyik”,- deyə mer söyləyib.

Yeni il şənliklərinin təşkilatçıları qeyd ediblər ki, Ukraynanın əsas yolkası Avropada ən böyük yolkalardan biridir. Yeni il ağacının özü 20 mindən çox oyuncaq - qırmızı və qızılı oyuncaqlarla bəzədilib və ağacın üstündə böyük günbəz şəklində çələnglər parıldayır. Əsas yolkanın hündürlüyü 31 metrdir.

Yanvarın 16-dək yolka ərazisində Yeni il və Milad yarmarkası açıq olacaq.

Dekabrın 16-dan Kiyevdə artıq 14 Yeni il məkanı fəaliyyət göstərir.