Xameneinin harada dəfn olunacağı açıqlandı

20:28 08.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranın mərhum ali dini lideri Əli Xamenei Məşhəddə dəfn ediləcək. 

Hafta.az xəbər verir ki, bununla bağlı Xorasan-e-Rəzəvi əyalətinin valisinin təhlükəsizlik və polis məsələləri üzrə müavini açıqlama verib.

Qeyd olunur ki, İslam Respublikasının öldürülmüş rəhbəri Əli Xameneinin dəfn mərasimi Tehrandan başlayacaq, sonra Quma köçürüləcək və 3-cü gün Məşhəddə daha bir günlük mərasimdən sonra torpağa tapşırılacaq.

İran mediasının yaydığı məlumata görə, Əli Xameneinin cənazəsi İmam Rzanın hərəmində dəfn olunacaq.