Yazını böyüt
Yazını kiçilt
Moldovanın Orhey rayonunun Lopatna kəndi yaxınlığında pilotsuz uçuş aparatı partlayıb.
Hafta.az xəbər verir ki, Moldovanın Moldpres informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Moldova polisi məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Polisin məlumatına görə, pilotsuz aparat gecə saatlarında kənd sakini tərəfindən müşahidə edilib və daha sonra partlayış baş verib.
Ərazi hüquq-mühafizə orqanlarının əməkdaşları və istehkamçılar tərəfindən mühasirəyə alınıb, araşdırma aparılır.