Xarici xüsusi xid­mət orqanları ilə əlaqədə şübhəli bilinən 5 nəfər müəyyən edilib

13:12 03.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xid­mət orqanları ilə əlaqədə şübhəli bilinən 5 nəfər müəyyən edilib.

Hafta.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) 2021-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.

Qeyd olunub ki, məxfi əməkdaşlığa cəlb olunmuş 1 nəfər müəyyən edilərək tutulub.