Yaponiyada güclü zəlzələ olub

22:00 26.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yaponiyanın Okinava vilayətində güclü zəlzələ qeydə alınıb.

Hafta.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 17:25-da 6 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 40 kilometr dərinlikdə yerləşib.

Hələlik dağıntı və ya tələfat barədə məlumat yoxdur.