Yazını böyüt
Yazını kiçilt
Gənclər və İdman Nazirliyi tərəfindən elan olunan “Gənclər həftəsi” çərçivəsində Ağcabədidə istedadlı gənclərin sənət əsərlərindən ibarət rəsm sərgisi təşkil edilib.
Hafta.az xəbər verir ki, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində açılan sərgidə əsasən vətənpərvərlik və milli dəyərlər mövzusunda rəsm əsərləri nümayiş olunur.
Sərginin təşkilində məqsəd 2 Fevral - Azərbaycan Gəncləri Gününün 25 illiyinin qeyd olunması, gənclərin vətənpərvərlik ruhunun daha da yüksəldilməsi, onların yaradıcılıq imkanlarının genişlənməsinə şərait yaradılması, həmçinin rayonda yaradıcı və istedadlı gənclərin aşkar edilməsidir.