Yasamalda ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır

15:17 09.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yasamal rayonu, Həsən Məcidov küçəsi, 5 saylı binanın qarşısında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb və fakt təsdiqini tapıb.

Hafta.az xəbər verir ki, Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, hazırda təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə hüquq-mühafizə orqanları ilə birgə araşdırma davam edir:

“Kəsilmiş ağacların yerinə yeni ağacların əkilməsi məqsədilə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət olunub” - deyib.