Yunanıstanın keçmiş prezidenti vəfat edib

17:02 26.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yunanıstanın keçmiş prezidenti Karolos Papulyas bu gün 92 yaşında vəfat edib.

Hafta.az xəbər verir ki, bu barədə "Afina Makedoniya İnformasiya Agentliyi" məlumat yayıb.

Yunanıstanın tanınmış siyasətçisi olan Papulyas 2005-2015-ci illərdə ölkə prezidenti, Ümumyünan Sosialist Hərəkatı Partiyasının görkəmli nümayəndəsi, xarici işlər naziri (1985-1989 və 1993-1996) olub.

O, 1929-cu il iyunun 4-də Yunanıstanın şimal-qərbindəki Yannina şəhərində anadan olub. İkinci Dünya Müharibəsi illərində yeniyetmə ikən müqavimət hərəkatında iştirak edib.

Papulyas ixtisasca hüquqşünas olub.