Zelenski dünyaya elan etdi - PUTİNİN NÖVBƏTİ HƏDƏFİ LATVİYADIR, SONRA...

19:43 03.03.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukrayna prezidenti Zelenski atəşkəs danışıqları davam edərkən bəyanatlar verib. Hafta.az Zelenskinin bəyanatından bəzi məqamları diqqətinizə çatdırır:

Mən ölkəmdə sülh istəyirəm, ancaq biz hər şeyə hazırıq. Rusiya ordusu bizdən qat-qat, bəlkə də 5 dəfə böyükdür. Hətta cəsədlərini yandırmaq üçün xüsusi maşınlar da gətiriblər. Analar, lütfən, gəlib uşaqlarınızı aparın. Gənclər morqlarda olmasın. Ona görə də rus anaları onları görməyacak. Rusların hərəkətləri davam edərsə, bu dünyanın sonu deməkdir. Biz onlarla sivilizasiya arasında sərhədik.

Biz ölkəmizi müdafiə edirik, bu bizim işimizdir. Həyatımız ondan asılıdır, yaşamağımız ondan asılıdır.
Hamımız başqaları kimi yaşamaq istəyirik. Düşünmürəm ki, kimsə ölümdən qorxmur. Övladlarının ölməsindən qorxmayan yoxdur. Bu sağlam bir şey deyil. Amma mən bu ölkənin lideriyəm, qorxmaq lüksüm yoxdur. Haralı olduğumu soruşduqda, bu ölkə artıq yoxdur demək istəmirəm.

Burada Litvadan dəstək gəldi, bizə tikanlı məftil gətirdilər. Deyirlər indi silahlarınızı yerə qoyun, deyirlər ordu diz çökməlidir, bu hələ başlanğıcdır. Silah yardımına görə təşəkkürlər. Artıq gecdir, çox gecdir. Və bir çox ukraynalılar bunun əvəzini həyatlarını itirməklə ödədilər. Biz yoxa çıxsaq, növbəti hədəf Latviyadır.. Sonra Polşa və Gürcüstan. Berlin divarına qədər uzanacaq bu hədəf. Bu bəyanatımı unutmayın. Dünya öz gücünü göstərməlidir. Sanksiyalar yaxşı başlanğıcdır.

Yalan deyirlər, "hərbi infrastrukturu vururuq". Xarkovdakı kafedralı bombaladılar. Rusiya prezidenti bəyan edib ki, “Biz çox çətin vəziyyətlərlə üzləşirik”. Haqqında bu qədər danışdığı kilsələri görün necə qoruyub. Dünən belə danışırdılar, bu gün hücum edirlər. Dünən Kiyev və digər şəhərlər bombalanıb. Mərkəzə 3 bomba düşdü. Siz artıq Xarkovda nə baş verdiyini çox yaxşı bilirsiniz. Ona görə deyirik ki, hava məkanı bağlanmalıdır, çünki insanlar ölür. “İsgəndər” raketləri, bombardmançı təyyarələr gəlir. Mən onların hamısını, Makronu, Baydeni hava məkanını bağlamağa çağırdım. Mən hər gün 20-22 liderlə görüşürəm.

Əgər hava məkanını bağlamaq fikrində deyilsinizsə, mənə təyyarələr verin. Çoxlu yeni təyyarələr var. Amma bu təyyarələr insan həyatından daha bahalıdır demək. Dedik o zaman bizə köhnə təyyarələri verin. Torpaqlarımızı qorumaq, hücumlara cavab vermək üçün.

Mən ABŞ prezidenti Baydenlə danışdım. Aramızda çox yaxşı münasibət var, ona minnətdaram. Tez-tez əlaqə saxlayırıq. Aydındır ki, bu təkcə Bayden məsələsi deyil. Dünyada sabitlik yoxdur. Bütün dünya Putinin hərbi ordusundan güclüdür. Müasir dünyada ordunun vəzifəsi hücum etmək deyil, müdafiə etməkdir. Bütün dünya Ukraynanı müdafiə etmək üçün çox gecikdi. Dünyanın bir çox meydanında insanlar bizi dəstəklədi.