Hollivud ulduzu Şeron Stoun insult keçirdikdən sonra kinoşirkətlərin ondan imtina etdiyini deyib.
Hafta.az-ın yazdığına görə, “Basic Instinct”in ulduzu 2001-ci ildə 9 günlük beyin qanamasından sonra xəstəxanaya yerləşdirilmişdi. Səhhətindəki bu problem onun iki il aktyorluğa ara verməsinə səbəb olub. Son olaraq mayın 31-də “The Hollywood Reporters Raising Our Voices” tədbirində iştirak edən Stoun sağlamlığını bərpa etsə də, karyerasının heç vaxt bərpa olunmadığını söyləyib.
65 yaşlı aktrisa "7 il müalicə olundum və o vaxtdan iş tapa bilmədim" deyib.
“Bu ilk dəfə baş verəndə heç kimə demək istəmədim, çünki bilirəm ki, bir şey səhv olarsa, kənarda qalacağam. Məndə nəsə səhv oldu və 20 ildir yoxam. Mən bir iş tapmadım. Hansı ki, həyatımın bir nöqtəsində nəhəng film ulduzu idim. Amma beyin qanaması keçirdikdən sonra "sahibi olduğum hər şeyi itirdim. Mən bütün kino sənayesindəki yerimi itirdim. Bilirsiniz, mən ən maraqlı kino ulduzu kimi idim. Sanki şahzadə Diana qədər məşhur idim. Amma Diana öldü, mən isə insult keçirdim. Biz unudulmuşuq. Əgər siz də mənim kimi işinizdə geri qaldığınızı görsəniz, əvvəldən özünüzü tapmalısınız", - Stoun bildirib.
Pərəstişkarları ötən həftə yaşıl bəbir desenli bikinidə selfi paylaşdığı üçün Stounu tərifləyərək 80-ci illərin seks simvolunu "ilham mənbəyi" adlandırıblar.