Yazını böyüt
Yazını kiçilt
"Sənədli filmlər çəkilsə də bədii filmlər yoxdur. Yaxşı olardı ki, işğaldan azad olunmuş ərazilərlə bağlı bədii filmlərin çəkilməsi üçün maliyyə ayrılsın".
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Elnur Abdullayev bildirib. Onun sözlərinə görə, Qarabağın tarixini, münaqişəni və bu günə qədər işğal və işğaldan azad olunması prosesini özündə əks etdirən filmlərin çəkilməsinə ehtiyac var. Deputat bunun üçün vergi ilə bağlı məsələlərin stimullaşdırılmasına ehtiyac olduğunu deyib.