Vurulan gəmi ilə bağlı bəyanat

22:07 22.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qara dənizdə yük gəmisinə hücum nəticəsində Türkiyənin iki vətəndaşı yaralanıb.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilib.

Bildirilib ki, vətəndaşların vəziyyəti Türkiyənin Kiyevdəki səfirliyi və Odessadakı Baş Konsulluq tərəfindən nəzarətə götürülüb. 

“Hər iki ölkəni Qara dənizdə mülki gəmilərin naviqasiya təhlükəsizliyinin təmin edilməsi ölkəmizin əsas prioritetlərindən biridir və bütün müvafiq tərəfləri regionda gərginliyi azaltmaq üçün tədbirlər görməyə çağırırıq", - bəyanatda vurğulanıb.

Qeyd edək ki, bu gün Rusiya Qara dənizdə Türkiyəyə məxsus "Victress" yük gəmisinə zərbə endirib.