"Türkiyə elektron silahların istehsalına görə dünyada ABŞ və Rusiyadan sonra üçüncü ölkəsidir. Çox böyük uğurlarımız var bu sahədə. Bunun ən bariz nümunəsini Liviyada, eləcə də Azərbaycanın şanlı Vətən Müharibəsində aydın gördük".
Hafta.az-ın yazdığına görə, bu sözlərin türkiyəli müdafiə siyasəti üzrə mütəxəssis-analist Turan Oğuz deyib. Elektonik silahların dost qüvvələri müdafiə etmək, düşmən qüvvələri isə hər sahədə bloklamaq və hərbi əməliyyatlarını əngəlləyən ən müasir sistem olduğunu deyən T.Oğuz qeyd edib ki, bu silah vasitəsilə müharibə zamanı düşmənin hücum əməliyyatlarını texniki müstəvidə əngəlləməklə yanaşı, düşməni hər cür şəraitdə dinləmək, yerini təsbit etmək, məlumatlarını əldə etmək, eləcə də öz qüvvələrini düşmənin hücumlarından qorumaq kimi vacib vəzifələri yerinə yetirmək olur.

"Türkiyənin uğurlarını artıran daha bir səbəb isə, döyüş meydanında sınaqdan çıxarılan silahın daima yenilənməsi və inkişaf etdirilməsidir. Yəni harda zəif nöqtə tapılsa, həmən an o gücləndirilir. Türkiyə elektron silah sistemini o qədər inkişaf etdirib ki, məsələn, Ermənistanın Baş naziri Nikol Paşinyan, Vətən Müharibəsi əsnasında, ilk bir neçə gün boyunca təsirini göstərən rus elektron döyüş sistemlərinin daha sonra ümumiyyətlə işləməməsini açıq-aşkar bəyan eləmişdi", - deyib cənab Oğuz.