"Ukraynalılar xristiandır, ona görə də hər şey yaxşı olacaq" - Albaniyanın Baş naziri

10:40 12.03.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Antalyada keçirilən Diplomatik Forumda iştirak edən Albaniyanın Baş naziri Edi Rama Rusiyanın Ukraynaya hücumları ilə bağlı maraqlı fikirlər səsləndirib.

Hafta.az-ın yazdığına görə, Edi Rama deyib ki, bu müharibə heç bir səbəb olmadan başlayıb və tamamilə məntiqdən uzaqdır. "Biz Albaniya dövləti olaraq bu haqsız müharibədə Ukrayna xalqının yanındayıq. Demokratik bir ölkənin silahlı hücuma məruz qalması qəbul edilə bilməz. Belə bir faciə insanların gündəlik həyatının bir parçası ola bilməz",- deyən Baş nazir əlavə edib ki, hazırda yüz minlərlə insan Ukraynadan Avropaya qaçmaq məcburiyyətində qalıb. Amma burada bir maraqlı məqam ortaya çıxıb: qaçqınlara dini və milli mənsubiyyətinə görə fərq açıq-aşkar özünü biruzə verib. "Məncə ukraynalı qaçqınların vəziyyətindən narahat olmağa dəyməz. Onlar müsəlman deyil, xristiandırlar, ona görə də vəziyyətləri yaxşı olacaq", - Albaniyanın Baş naziri deyib.