Çinin texnologiya nəhənglərindən olan "Xiaomi"nin CEO-su Ley Jun istefa verdiyini elan edib.
Hafta.az-ın yazdığına görə, Jun bildirib ki, bundan sonra smartfon telefon PC-nin istehsalı ilə heç bir əlaqəsi qalmayacaq. Ley Jun vəzifəsindən getdiyini yerli sosial media platforması olan "Weibo" hesabından bildirib.
Amma 52 yaşlı Jun qeyd edib ki, əslində "Xiaomi" ilə əlaqələrini tamam üzməyəcək. O, sadəcə "Xiaomi"nin elektron parça istehsalçısı olan "Beijing Xiaomi Electronic Products Co Ltd-dəki vəzifəsindən istefa verir. Yəni "Xiaomi"nin bütün alt quruluşlarını özündə birləşdirən "Xiaomi Group"da qalmağa davam edəcək.
Bu arada, "Xiaomi"nin mətbuat katibi Vang Hua da bildirib ki, Jun bundan sonra diqqətini daha çox avtomobil istehsalına yönəltmək qərarına gəlib.