Yazını böyüt
Yazını kiçilt
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi 2023-cü ilin ilk 10 ayında ölkəyə gələn turistlərin sayını açıqlayıb.
Hafta.az-ın yazdığına görə, açıqlamaya əsasən Türkiyə 2023-cü ilin 10 ayında cəmi 50 milyon 217 min 181 ziyarətçi qəbul edib. Türkiyəyə gələnlərin 44 milyon 200 min 79-u əcnəbi olub. Türkiyəyə ən çox xarici ziyarətçi göndərən ölkə Rusiyadır. Rusiyanı Almaniya və İngiltərə izləyib.
Nazirliyin məlumatına görə, təkcə oktyabr ayında Türkiyəyə 4 milyon 987 min 112 turist gəlib.
Türkiyə bu il ziyarətçi sayında bir çox rekord qırıb. Aylıq və şəhər əsaslı rəqəmlər pandemiyadan əvvəlki dövrə qayıdıb. Həm turizm gəlirlərində, həm də ziyarətçilərin sayında artım olub.