11 sentyabrla bağlı məxfi sənədlər açıqlanacaq

23:26 03.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-da 11 sentyabr 2001-ci ildə baş vermiş terror hücumları ilə əlaqədar bəzi materiallar məxfilik sırasından çıxarılacaq.

Hafta.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden fərman imzalayıb.

Qeyd edək ki, 2001-ci il sentyabr ayının 11-də Əl-Qaidə terror təşkilatı tərəfindən qaçırılan təyyarələrdən biri Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə, digəri Pentaqonun binasına çırpılıb. Terror aktı nəticəsində 3000-ə yaxın şəxs həlak olub.