Onlar Karlovı-Varı festivalının əsas mükafatı ilə təltif olunacaqlar

09:53 24.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Amerikalı aktyor Dastin Hoffman və fransalı aktrisa Jülyet Binoş Karlovı-Varı Beynəlxalq Kino Festivalının əsas mükafatı ilə təltif olunacaqlar. Ali mükafata həmçinin operator Robert Riçardson da layiq görüləcək.

Hafta.az xəbər verir ki, bu barədə jurnalistlərə kinofestivalın icraçı direktoru Kriştof Muxa məlumat verib:

"Onların hər biri festivalın "Kristal Qlobus" mükafatını alacaq. Bu mükafata dünya kinematoqrafiyasına görkəmli töhfələrinə görə layiq görülüblər".

Karlovı-Varı Beynəlxalq Kino Festivalı Avropanın ən qədim kino festivallarından biridir. Festival ilk dəfə 1946-cı ilin avqustunda keçirilib. Bu il festival iyulun 3-dən 11-dək təşkil olunacaq.

Əsas müsabiqə tammetrajlı bədii və sənədli filmlər üzrə keçirilir. Bu bölmədə təqdim olunan filmlərə əsas mükafatlar verilir./"Kommersant"/