16 yaşlı məktəblinin telefonu vanaya düşdü - ÖLDÜ

12:18 21.02.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Moskvanın qərbində 16 yaşlı yeniyetmə faciəvi şəkildə ölüb.

Hafta.az MK-ya istinadla xəbər verir ki, hadisə ötən bazar günü, fevralın 20-də günorta saatlarında Moskvanın qərbindəki Olimpiya kəndində yaşayış binasında baş verib. Oğlan vanna qəbul edərkən şarj alətinə taxılı olan telefonu qəfildən vannaya düşüb.

Hadisə nəticəsində şagird elektrik cərəyanı vurması nəticəsində yerindəcə ölüb. Ölən oğlanın məktəbə getmədiyi və Ermənistan vətəndaşı olan atası ilə kirayədə yaşadığı müəyyən edilib.