Yazını böyüt
Yazını kiçilt
"Bakının Yasamal rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı motosiklet sürücüsü yüngül xəsarət alıb."
Hafta.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) bildirilib.
"İlqar Abil oğlu Müslümlü idarə etdiyi "Chevrolet" markalı, 77-YG-318 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Mahir Vasif oğlu Nağıyevin idarə etdiyi TVS markalı, 99-K-795 dövlət nömrə nişanlı motosikleti vurub. Nəticədə motosikletin sürücüsü yüngül xəsarət alıb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır", - deyə məlumatda bildirilir.