18 məlum dərman “COVİD-19”u tam durdura bilər … - Yəhudi Universiteti

18:40 28.08.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Qüdsdəki Yəhudi Universitetindən bir qrup elm adamı əvvəllər mövcud olan dərman birləşmələri kitabxanasından “COVID-19” ilə mübarizədə kömək edə biləcək bir neçə preparat təsbit etdiklərini bildiriblər.

Hafta.az xəbər verir ki, bu haqda “The Jerusalem Post” nəşri məlumat yayıb.

Aleksandr Zilberman adına Həyat Elmləri İnstitutunun biokimyaçısı, professor Şay Arkin alimlərin “SARS-CoV-2” ilə yoluxmuş hüceyrələrin dərmanlarla birlikdə sınaq şüşəsində yerləşdirildiyi bir təcrübə apardıqlarını söyləyib.

Tədqiqatçılar iki gün sonra hüceyrələri araşdırıb və onların demək olar ki, 100%-nin koronavirusa yoluxmasına baxmayaraq salamat qaldığını aşkar ediblər. Eyni zamanda virusla təmasdan sonra preparatlarla birləşməyən yoluxmuş hüceyrələrin təxminən 50%-i ölüb.

Arkin və komandası 2800-dən çox istifadəsi təsdiq edilmiş birləşmədən ibarət bir kitabxananı araşdırıb və “COVİD-19”a qarşı təsirli ola biləcəyinə inandıqları 18 dərmanı təsbit edib.

Tədqiqatçılar nəşr olunmamış bir məqalədə bu birləşmələrdən bəzilərinin "in vitro (eksperimental biologiyada canlı orqanizmlərdən kənarda, sınaq şüşəsində təcrübələrin aparılması - S.L.) texnologiyası təcrübələrdə virusa qarşı yaxşı təsir göstərdiyini" bildiriblər.

Həmin preparatlardan ikisi aterosklerozu müalicə etmək üçün istifadə olunan darapladib və bəzi növ qan xərçənglərinin müalicəsində tətbiq edilən flumatinibdir.

Bununla belə, yəhudi professor koronavirusa qarşı müalicə üçün hər hansı bir dərmanın adını açıqlamaqda tərəddüd edib və lazımi klinik sınaqlardan keçməyincə həmin preparatları tövsiyə edə bilməyəcəyini söyləyib.