18 mindən çox şəxsə amnistiya tətbiq olunacaq

11:31 17.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tacikistan Prezidenti Emoməli Rəhmon Dövlət Müstəqilliyinin 35-ci ildönümü münasibətilə “Amnistiya haqqında” Qanunu imzalayıb.

Hafta.az Tacikistanın “Xovar” informasiya agentliyinə istinadla xəbər verir ki, qanun ümumilikdə 18 min 38 nəfərə şamil ediləcək. Onlardan 11 min 305-i azadlıqdan məhrumetmə cəzasından azad olunacaq, 6 min 733 nəfərin isə qalan cəza müddəti azaldılacaq.

Amnistiya yetkinlik yaşına çatmayanlar üçün də nəzərdə tutulub. Belə ki, 134 azyaşlı məhkumdan 99-u azadlığa buraxılacaq, 35 nəfərin qalan cəzası isə yüngülləşdiriləcək.

Qanun məhkəmə, istintaq və araşdırma mərhələsində olan bəzi şəxslərə də şamil edilir. Müvafiq qurumlara sənədin icrasını iki ay ərzində təmin etmək tapşırılıb.