Ordubadda 538 abonent qazsız qalacaq

08:24 17.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ordubad rayonunun Biləv kəndində yerləşən su elektrik stansiyasının su anbarında suyun tam açılması nəticəsində diametri 159 millimetr olan qaz xətti qırılıb.

Hafta.az xəbər verir ki, hadisə ilə əlaqədar Ordubad rayonunun Gilançay, Biləv, Bəhrud, Parağa, Parağaçay, Tivi, Nəsirvaz, Bist, Ələhi, Xurs və Nürgüt yaşayış məntəqələrinin qaz təchizatı dayandırılıb.

Qəza nəticəsində qaz təchizatı dayandırılan aktiv abonentlərin sayı 538-dir.

Hazırda qəzanın nəticələrinin aradan qaldırılması və qaz təchizatının bərpası istiqamətində müvafiq tədbirlər görülür.