1996-cı ildən artıq Ermənistan üçün Qarabağ məsələsi mövcud deyildi - Paşinyan

14:58 16.11.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Dağlıq Qarabağ(keçmiş-S.L.) məsələsində istədiyimizə, ən azı, 1996-cı ilin dekabrında ATƏT-in Lissabon sammitindən sonra nail olmaq mümkün olmadı”.

Hafta.az xəbər verir ki, “Aysor” nəşrinin yaydığı məlumata görə, bu fikri Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında söyləyib.

“Və həmin sammitdə “konsensus -1”-ə (-1- Ermənistan deməkdir) qoşulduqdan sonra rəsmi görüşlərin qapalı hissəsində və restoranlarda bunun mümkün olduğuna və mütləq olacağına əmin olanlar və bizi hər zaman ruhlandıranların hamısının məqsədi yalnız erməni dövlətinin formalaşmasının qarşısını almaq idi. Onların strateji ssenarisi məhz belə idi: Qarabağ məsələsindən erməni dövlətçiliyinin inkişafına mane olmaq üçün rıçaq kimi istifadə etmək, Ermənistan müstəqil dövlət kimi de-fakto və ya de-yure mövcud olmağı dayandırana qədər Qarabağ məsələsinin heç bir ssenari üzrə həllinə imkan verməmək”, - Nikol Paşinyan belə deyib.

O, 1996-cı ildən Qarabağ məsələsinin artıq mövcud olmadığını bildirib. Baş nazir qeyd edib ki, o zaman yalnzı “Ermənistan Respublikası məsələsi var idi”.

Nikol Paşinyanın sözlərinə görə, hazırda Ermənistanda təfəkkür dəyişikliyi baş verir, vətənpərvərliyin əyalət və ya sovet modeli dövlət vətənpərvərlik modeli ilə əvəz olunur.