2024-cü ildə Ermənistan təhlükəli problemlərlə üzləşəcək - Tomas de Vaal

15:22 08.01.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Qarabağ münaqişəsi üzrə mütəxəssis və Karnegi Fondunun baş eksperti Tom de Vaal əmindir ki, 2024-cü ildə Ermənistan bir çox problemlərlə üzləşəcək.

Hafta.az xəbər verir ki, “Azadlıq” radiosunun erməni bürosuna(“Azatutyun”) müsahibəsində Vaal vurğulayıb ki, Ermənistan Rusiya ilə münasibətləri itirmək və ya onları pozmaq təhlükəsi ilə üzləşəcək.

Onun sözlərinə görə, bu, 2024-cü ildə Ermənistan üçün çox məsuliyyətli, vacib və müəyyən dərəcədə təhlükəli məqamdır. Ölkə 1980-ci illərin sonu və ya hətta 1920-ci illərin vəziyyəti ilə müqayisə oluna bilən bəlkə də ən çətin seçimi ilə üzləşir. Təbii ki, söhbət Qarabağın itirilməsindən, erməni əhalisinin oradan qaçmasından gedir. Beləliklə, 2024-cü ildə Ermənistanın qarşısına heç, şübhəsiz, çoxlu problemlər çıxacaq…