Yazını böyüt
Yazını kiçilt
Ötən il dünyanın fərqli regionlarında yaşanan silahlı münaqişələr və hətta müharibələr qlobal miqyasda insanların hərəkətinə təhlükə törədib.
Hafta.az-ın yazdığına görə, International SOS şirkəti həmin təhlükəli ölkələrdən bəzilərinin yenicə qədəm basdığımız 2024-cü ildə də davam edəcəyi barədə xəbərdarlıq edib.
Şirkətin qənaətincə sözügedən ölkələr bunlardır: Cənubi Sudan, Əfqanıstan, Suriya, Liviya və Somali.
Amma qəribədir ki, yaşanan mövcud münaqişələrdən dolayısı insanların həyatı üçün kəskin təhlükə olan Ukrayna və İsrail kimi ölkələrin adı, çox güman ki, siyasi səbəblərlə sözügedən siyahıya salınmayıb.