2025-ci ildə yeni təhsil standartları hazırlanacaq 

11:34 04.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2025-ci ildə yeni təhsil standartları hazırlanacaq və orada STEAM milli kurikulum hissəsinə çevriləcək.

 

Bunu elm və təhsil naziri Emin Əmrullayev SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalında çıxışı zamanı deyib.

 

Nazirin sözlərinə görə, STEAM təhsil sahəsində dəyişməli olan məzmunun nümunəsidir: "Yeni standartlarda 3D robotexnika fənninin məzmununa daxil ediləcək. Bu, həm dərslik, həm də tədris proqramlarında öz yerini tapacaq".