Mərakeşdə 32 metr dərinliyində quyuya düşən 5 yaşlı Rayanın xilas edilməsi an məsələsidir.
Hafta.az-ın "Reuters"ə istinadən yazdığına görə, 5 yaşlı Rayan həftənin ikinci günü, dağlıq bölgə olan Şafşavanda yerləşən 32 metr dərinliyində quyuya düşmüşdü. Rayanın anası yerli mediaya verdiyi açıqlamada “Oğlumun sağ salamat evinə dönməsi üçün hər kəsin dua etməsini istəyirəm” demişdi. Mərakeş Milli Radio və Televiziya Qurumu uşağın hələ də sağ olduğunu bildirib.

Məlumata görə, Rayanın düşdüyü quyunun dərinliyi 32 metr olsa da, eni cəmi 45 santimetrdir. Üstəlik, quyu aşağıya endikcə daha da daralır və bu durum xilasedicilərin işini xeyli çətinləşdirir. Hazırda buldozerlərin köməyi ilə uşağın düşdüyü quyunun yaxınlığında paralel şəkildə daha bir quyu qazılmaqdadır. Quyunun dərinliyi 35 metrə çatdıqda sonra oradan Rayan olan quyuya tunel açılacaq.

Bölgənin təbii şəraitini də bir azyaşlı üçün xeyli ağır olduğu deyilir. Rayana yemək çatdırılsa da, onun qidalanıb qidalanmadığı bilinmir. Məlumata əsasən, Rayana oksigen aparatı, yemək və su çatdırılıb.
Rayanı quyudan çıxardıqdan sonra xəstəxanaya çatdırmaq üçün quyunun yaxınlığında ambulans helikopter gözləyir.
P.S. Nəhayət, beş gün öncə quyuya düşən Rayan fevralın 6-da Bakı vaxtı ilə gecə saat 12-01 arasında sağ-salamat xilas edilərək helikopterlə xəstəxanaya aparılıb.