Rusiyanın Tümen vilayətində 8 yaşlı Nastyanı vəhşicəsinə qətlə yetirən 40 yaşlı kişi həbs edilib.
Hafta.az xəbər verir ki, qız uşağı iyulun 30-da itkin düşmüşdü. Onun üzərində zorakılıq əlamətləri olan cəsədi evindən 2,5 kilometr aralıda aşkarlanıb. Polis həmçinin Tümen vilayətində 1997-ci ildən bəri itkin düşmüş daha səkkiz uşaqla bağlı araşdırmalar aparır.
Saxlanılan şəxsin daha bir neçə cinayətdə əlinin olacağı ehtimal edilir. Şübhəli şəxs qonşuluqda yerləşən pansionatda otaq kirayələyib. İtkin düşən qız sonuncu dəfə pansionatın Wi-Fi-dan istifadə etmək üçün buraya daxil olub. Şübhəli əvvəllər məhkum edilməsə də, keçmiş polis işçisi olduğu deyilir. İstintaqa görə, qız oğurlandığı gün öldürülsə də, meyidi sonradan göl kənarına gətirilib. Çünki bu ərazilər bir neçə dəfə yoxlanılıb.